https://news.day.az/azerinews/1780062.html Bu universitetdə bəzi ixtisaslarda dərslər 4 gün olacaq - RƏSMİ Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib. Day.Az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bu universitetdə bəzi ixtisaslarda dərslər 4 gün olacaq - RƏSMİ

Azərbaycanca, 12 сентября 2025 16:23 (UTC +04:00) 540
Bu universitetdə bəzi ixtisaslarda dərslər 4 gün olacaq

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

Day.Az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika" və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:

"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika"  ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости