https://news.day.az/azerinews/1781222.html İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib "Real Madrid"in müdafiəçisi Trent Aleksandr-Arnold zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Marsel"lə keçirilən oyunda (2:1) ayaq əzələsindən xəsarət alıb.

İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

Azərbaycanca, 17 сентября 2025 21:28 (UTC +04:00) 661
İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

"Real Madrid"in müdafiəçisi Trent Aleksandr-Arnold zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Marsel"lə keçirilən oyunda (2:1) ayaq əzələsindən xəsarət alıb.

26 yaşlı sağ cinah müdafiəçisinin bərpa prosesi təxminən iki ay davam edəcək.

Qeyd edək ki, Aleksandr-Arnold mövsümün əvvəlində "Liverpul"la müqaviləsinin başa çatmasının ardından azad agent kimi "Real Madrid"ə keçib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində indiyədək 10 rəsmi matçda çıxış edərək 2 qol ötürməsi ilə yadda qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости