Daşıyıcının parkını yeniləməyə imkanı yoxdursa, o bunu necə edəcək? - AÇIQLAMA

Bank kreditlərinə müraciət etdikdə, artıq dövlətdən subsidiya zəmanəti olacaq.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, o zaman bank kreditlərinə müraciət edə biləcək. Yeni qaydalara əsasən, artıq dövlət həmin kreditlər üçün subsidiya və zəmanət mexanizmləri təqdim edəcək. Bu daşıyıcılar üçün maliyyə yükünü azaldacaq və avtobus parkını yeniləməyi daha əlçatan edəcək" - sədr əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре