Gəncədə sərnişinlər "BakuBus"un sürücüsünü təngə gətirdilər

Gəncədə "BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişinlər arasında qalmaqal yaşanıb.

Day.Az Gencexeber.az-a istinadən xəbər verir ki, hadisə zamanı sürücü sərnişinlərlə dolu avtobusu yolun ortasında saxlayaraq hərəkəti dayandırıb. İnsidentin səbəbi dayanacaqdan kənarda düşmək istəyən qadın sərnişin olub. Sürücü qaydalara zidd olan bu istəyi yerinə yetirməkdən imtina edib. Lakin bir neçə qadın sərnişin marşrut boyunca dəfələrlə sürücüyə eyni tələbi irəli sürüb. Sürücünün xeyli vaxt səbir göstərməsinə baxmayaraq tərəflər arasında gərginlik yaranıb.

Daha sonra digər sərnişinlərin təkidi və xahişləri nəticəsində sürücü özünü ələ alaraq sükan arxasına qayıdıb.