https://news.day.az/azerinews/1787937.html Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü - FOTO Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü - FOTO

Azərbaycanca, 14 октября 2025 09:37 (UTC +04:00) 381
Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir".

  • Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü
  • Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости