Təhsil işçiləri Push30 platformasına qoşuldu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ETİHİ RK) təhsil sektorunda çalışan əməkdaşların sağlam həyat tərzinin təşviqi məqsədilə Push30 platforması ilə birgə pilot layihəyə start verib. Push30 - ölkə üzrə müxtəlif idman, fitness, yoga, pilates, üzgüçülük və sağlamlıq mərkəzlərinə vahid abunəliklə giriş imkanı təqdim edən platformadır. Layihə
təhsil işçilərinin fiziki və mənəvi sağlamlığının gücləndirilməsinə xidmət edir. Pilot mərhələdə ETİHİ RK-ya üzv olan 3 000 nəfər təhsil işçisi üçün xüsusi güzəştli abunəliklər təqdim olunur:

• 3 aylıq "Standart" abunəlik - 120 AZN
• 3 aylıq "Plus" abunəlik - 300 AZN

İstifadəçilər bu məbləğləri seçdikləri abunəlik növünə uyğun olaraq ayda 40 AZN
(Standart) və ya 100 AZN (Plus) olmaqla, taksit kartları ilə 3 ay ərzində hissə-
hissə ödəyə bilərlər. Bu layihə ilə bağlı Sea Breeze Event Hall-da keçirilən tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədr müavini Mirzə
Cəfərzadə və Push30-un Baş İcraçı Direktoru Adil Qasımov çıxış edərək layihə barədə ətraflı məlumat təqdim etdilər.

Tədbirdə yoqa üzrə peşəkar təlimçi Nərgiz Xasıyeva çıxış edərək yoqa, meditasiya və nəfəs texnikalarının insan sağlamlığına təsiri haqqında danışdı və iştirakçılara bir sıra praktiki məşqləri nümayiş etdirdi. Push30 komandası iştirakçılara layihənin məqsədi, mobil tətbiq vasitəsilə qeydiyyat və istifadə qaydaları barədə ətraflı məlumat verdi. Tədbir 500-dən çox təhsil işçisini bir araya topladı.

Rəsmi hissədən sonra əyləncəli proqram və furşet təşkil olundu, iştirakçılara xüsusi hədiyyələr təqdim edildi. Tədbirin aparıcısı Səma Abıyeva sağlam həyat tərzi ilə bağlı öz şəxsi təcrübəsini paylaşaraq müəllimlərə motivasiya dolu mesajlar ünvanladı.