TƏBİB-dən Xalq artisti Ramiz Quliyevin vəfatı ilə bağlı

15.10.2025-ci il tarixində saat 09:30 radələrində Xalq artisti Ramiz Quliyev ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.

xxx

10:40

Xalq artisti Ramiz Quliyev vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub.

Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.