Bakı–Ağstafa–Bakı istiqaməti üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə 25 noyabrda Bakı-Ağstafa, 26 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Day.Az-a ADY-dən bildirilib.

 

Eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı-Ağstafa-Bakı əlavə reysləri və gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.