https://news.day.az/azerinews/1793130.html Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub - FOTO Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə...

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub - FOTO

Azərbaycanca, 4 ноября 2025 19:06 (UTC +04:00) 491
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub

Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi, və konsertmeyster ixtisasına yiyələnib. Pianoçu Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində geniş fəaliyyət göstərir.

Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli "Bridge of Sound" orkestrinin, eləcə də "Harmony of Sound" beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini dünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir.

  • Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
  • Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
  • Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
  • Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости