Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib

Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.