https://news.day.az/azerinews/1799286.html AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

Azərbaycanca, 2 декабря 2025 12:24 (UTC +04:00) 323
AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости