Vaxtilə hazırkı Ermənistan ərazisində 650 kənddə azərbaycanlılar yaşayıb

Vaxtilə hazırkı Ermənistan ərazisində 650 kənddə Azərbaycanlılar yaşayıb.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzususunda lll Beynəlxalq Konfransda panel müzakirəsi zamanı Tennesi Texnologiya Universitetinin professoru Michael Martin Gunter deyib.

O bildirib ki, Ermənistanda mövcud olan ilkin toponimlər Azərbaycan mədəniyyəti və tarixi ilə əlaqəlidir:

"Sonrakı dövrlərdə bu toponimlər erməniləşməyə məruz qalıb".

Onun sözlərinə görə, 300 mindən çox etnik azərbaycanlılar öz tarixi dədə-baba yurdlarından qovulub.