https://news.day.az/azerinews/1800136.html Azərbaycan nümayəndə heyəti BMT Komissiyasının işçi qrupuna rəhbər seçilib 4-5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir.

Azərbaycan nümayəndə heyəti BMT Komissiyasının işçi qrupuna rəhbər seçilib

Azərbaycanca, 5 декабря 2025 15:56 (UTC +04:00) 332
Azərbaycan nümayəndə heyəti BMT Komissiyasının işçi qrupuna rəhbər seçilib

4-5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir. Sözügedən səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının və Kamboca Krallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.

Day.Az xəbər verir ki, bu barədə "ASAN xidmət" məlumat yayıb.

Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən Komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə Komissiyanın "Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri" adlı işçi qrupuna rəhbər seçilib.

Açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən "ASAN xidmət" təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söz açıb. Hazırda "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə ABŞ-nin, Qazaxıstanın, Koreyanın, Kambocanın, Laosun, Filippinin, Qırğız Respublikasının və digər ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости