J2-8243 reysinə həsr olunan poçt markası sayəsində təyyarə qəzası qurbanlarının xatirəsi daim yaşayacaq

AZAL-ın əməkdaşlarının, pilot və təyyarə bələdçilərinin fədakarlığı sayəsində təyyarə qəzası zammanı insan itkisi az oldu.

Day.Az xəbəri verir ki, bunu Azərpoçt MMC-nin sədri İsi Mustafayev J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı çıxışında bildirib.

O qeyd edib ki, bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq:

"Azərpoçt qarşıdakı 4 il ərzində Ümumdünya Poçt İttifaqı ilə mümasibətlərdən istofadə edərək bu markanın bütün dünyaya yayılmasına çalışacaq".