Azərbaycan dini konfessiya nümayəndələrinin bir araya gəlməsi istiqamətində mühüm tədbirlər həyata keçirir - Səbinə Əliyeva
Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.
Day.Az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
S.Əliyeva vurğulayıb ki, tarix boyu azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib:
"Ölkəmiz tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirməkdədir".
Ombudsman xatırladıb ki, Azərbaycan son iilər bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.
"İnanıram ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsipləri əsasında daha səmərəli təmini sahəsində mövcud müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaq", - deyə o fikrini yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре