https://news.day.az/azerinews/1804921.html
"Napoli" də "Qarabağ"la oyuna görə cərimələndi
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" - "Qarabağ" oyununda yaşanan hadisələrə görə İtaliya təmsilçisi cərimələnib.

Day.Az xəbər verir ki, "Napoli" klubunu sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5 250 avro ziyana düşüb.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Xatırladaq ki, İspaniyanın "Atletik Bilbao" klubu da UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Qarabağ"a (3:1) qarşı oyun zamanı baş verən qayda pozuntularına görə cəzalandırılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре