Türkiyə Ukraynaya sülhməramlı missiya göndərə bilər - Türkiyə MN
Atəşkəs şəraitində "İstəklilər koalisiyası" çərçivəsində Türkiyənin Ukraynaya sülhməramlı kontingent göndərməsi mümkündür.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
Nazirlikdən qeyd olunub ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibədə davamlı atəşkəsin əldə olunmasına yönəlmiş istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır.
"Bu çərçivədə biz "İstəklilər koalisiyası"nın fəaliyyətində fəal iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələri tərkibində Ukraynaya qoşun göndərilməsi üçün ilk növbədə atəşkəs təmin edilməli, bundan sonra isə dəqiq missiya müəyyənləşdirilməli və hər bir ölkənin hansı həcmdə töhfə verəcəyi təsbit olunmalıdır", - deyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре