https://news.day.az/azerinews/1811272.html Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı - VİDEO - FOTO Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. DİN mətbuat xidmətindən Day.Az-a veirlən xəbərə görə, naməlum 2 nəfər rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı - VİDEO - FOTO

Azərbaycanca, 22 января 2026 16:58 (UTC +04:00) 352
Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı

Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Day.Az-a veirlən xəbərə görə, naməlum 2 nəfər rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı
  • Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости