https://news.day.az/azerinews/1815212.html Həbsdən çıxan ata yoldaşını və övladlarını öldürəcəyini deyir - DİN araşdırmaya başladı Sosial mediada yayılan iddiaların təfərrüatları ilə bağlı aidiyyəti üzrə ərazi polis idarəsində araşdırma aparılır. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Həbsdən çıxan ata yoldaşını və övladlarını öldürəcəyini deyir - DİN araşdırmaya başladı

Azərbaycanca, 10 февраля 2026 16:14 (UTC +04:00) 343
Həbsdən çıxan ata yoldaşını və övladlarını öldürəcəyini deyir

Sosial mediada yayılan iddiaların təfərrüatları ilə bağlı aidiyyəti üzrə ərazi polis idarəsində araşdırma aparılır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial mediada narkotik asılısı olan atanın qızına cinsi zorakılıq edəcəyi ilə hədələdiyi barədə məlumat yayılıb.

İddiaya görə, həmin kişi narkotik aludəçisi olaraq həbsdə qalıb, sonra amnistiya ilə çıxıb. Qadın Dəstək Xəttinə müraciət edən ana bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости