https://news.day.az/azerinews/1815457.html Daha 6 məktəbə direktor təyin olundu - FOTO Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib. Bu barədə Day.Az-a idarədən məlumat verilib. Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru;

Daha 6 məktəbə direktor təyin olundu - FOTO

Azərbaycanca, 11 февраля 2026 17:22 (UTC +04:00) 361
Daha 6 məktəbə direktor təyin olundu

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib.

Bu barədə Day.Az-a idarədən məlumat verilib.

Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru;

Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru;

Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru;

Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta məktəbin direktoru;

Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən həftə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə direktor təyinatı həyata keçirilmişdi.



Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости