https://news.day.az/azerinews/1815481.html Qazaxıstanda keçiriləcək referendumun tarixi açıqlandı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ölkədə referendumun keçirilməsi haqqında fərman imzalayıb. Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. "15 mart 2026-cı il tarixində respublika referendumu keçirilsin.

Qazaxıstanda keçiriləcək referendumun tarixi açıqlandı

Azərbaycanca, 11 февраля 2026 18:15 (UTC +04:00) 355
Qazaxıstanda keçiriləcək referendumun tarixi açıqlandı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ölkədə referendumun keçirilməsi haqqında fərman imzalayıb.

Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"15 mart 2026-cı il tarixində respublika referendumu keçirilsin. Respublika referendumuna Qazaxıstan Respublikasının yeni Konstitusiyasının layihəsi aşağıdakı sual formulu ilə çıxarılsın:

 

"Layihəsi 12 fevral 2026-cı il tarixində kütləvi informasiya vasitələrində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?" - deyə Qazaxıstan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilir.

Qazaxıstanın ilk Konstitusiyası ölkənin müstəqillik əldə etməsindən sonra - 28 yanvar 1993-cü ildə qəbul olunub. Daha sonra 30 avqust 1995-ci ildə ümumxalq referendumu ilə yeni Konstitusiya qəbul edilib və hazırda qüvvədə olan əsas qanun həmin sənəddir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости