https://news.day.az/azerinews/1817544.html
Maşın vuran FHN əməkdaşları ilə bağlı AÇIQLAMA
Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Day.Az hadisə saat 06 radələrində baş verib. Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün köməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşını yük maşını vurub.
Maşın vuran FHN əməkdaşları ilə bağlı AÇIQLAMA
Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Day.Az hadisə saat 06 radələrində baş verib.
Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün köməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşını yük maşını vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.
Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре