“Hülya Avşarın serialı

Türkiyəli məşhur aktrisa Hande Ataizi açıqlaması ilə diqət çəkib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, Hülya Avşarın çəkildiyi serialla bağlı qalmaqallı fikirlər səsləndirib.

"Aynı Yağmur altında" serialı bərbaddır. Hülya Avşarın rolunu oynamazdım. Allah qorusun. Elə bir iddia yoxdur ki, hər yeni serialda çəkilim. Mümkün qədər seçməyə çalışıram. Sözlərim  sadəcə Hülyaya aid deyil, seriala baxdım mənə görə çox pisdir. Elə bir layihənin içində yer almaq istəməzdim".