Prezident İlham Əliyev: Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavənd rayonunun Xanoba kəndinə səfərindən görüntülər paylaşılıb.

Day.Az xəbər verir ki, paylaşımda qeyd olunub:

"Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".