https://news.day.az/azerinews/1823229.html Paytaxtın iki rayonunda oğurluq edən şəxslər tutuldular Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb.

Paytaxtın iki rayonunda oğurluq edən şəxslər tutuldular

Azərbaycanca, 19 марта 2026 17:14 (UTC +04:00) 304
Paytaxtın iki rayonunda oğurluq edən şəxslər tutuldular

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb. 

Day.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости