Cüdoçumuz “Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri başlayıb.

Day.Az-ın məlumatına görə, Dünya Cüdo Turunun mərhələsi olan yarışın ilk günündə komandamız bir medal qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov finala yüksəlmək üçün Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan idmançılarını ipponla məğlub edib.

 

Finalda Qazaxıstan təmsilçisi Nurkanat Serikbayevə yuko xalı ilə uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Bu nəticə 23 yaşlı idmançımız üçün yeni çəki dərəcəsində ilk, ümumilikdə isə karyerasında dördüncü "Böyük Dəbilqə" medalı olub.