https://news.day.az/azerinews/1823552.html Şahdağa qar yağıb Martın 21-i saat 11:00-olan faktiki hava açıqlanıb. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, martın 21-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.

Şahdağa qar yağıb

Azərbaycanca, 21 марта 2026 12:04 (UTC +04:00) 341
Şahdağa qar yağıb

Martın 21-i saat 11:00-olan faktiki hava açıqlanıb.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, martın 21-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости