https://news.day.az/azerinews/1825061.html Bakıdakı bu yol hər an çökə bilər - FOTO Qaradağ rayonu Çeyildağ qəsəbəsinə aparan yolda problem yaranıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəsəbəni paytaxtla birləşdirən yolun bir hissəsində çuxurlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, sözügedən ərazi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sahəsinə daxildir.

Bakıdakı bu yol hər an çökə bilər - FOTO

Azərbaycanca, 31 марта 2026 11:43 (UTC +04:00) 282
Bakıdakı bu yol hər an çökə bilər

Qaradağ rayonu Çeyildağ qəsəbəsinə aparan yolda problem yaranıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəsəbəni paytaxtla birləşdirən yolun bir hissəsində çuxurlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, sözügedən ərazi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sahəsinə daxildir. Həmin yolun altından Qəbələ su kəməri, eləcə də Çeyildağ qəsəbəsini su ilə təmin edən xətt keçir. Su xəttində yaranmış sızmanın aradan qaldırılması məqsədilə aparılan qazıntı işlərindən sonra yol yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, yolun bu vəziyyətə düşməsinin səbəbi tam aydın deyil. Ehtimal olunur ki, ya su sızması davam edir, ya da qazıntıdan sonra yol örtüyü lazımi qaydada bərpa olunmayıb.

  • Bakıdakı bu yol hər an çökə bilər
  • Bakıdakı bu yol hər an çökə bilər
  • Bakıdakı bu yol hər an çökə bilər
  • Bakıdakı bu yol hər an çökə bilər
  • Bakıdakı bu yol hər an çökə bilər
  • Bakıdakı bu yol hər an çökə bilər
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости