https://news.day.az/azerinews/1826572.html Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Orta Dəhlizi müzakirə edib Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş başlayıb. Bu barədə Day.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Orta Dəhlizi müzakirə edib

Azərbaycanca, 8 апреля 2026 13:04 (UTC +04:00) 286
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Orta Dəhlizi müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş başlayıb.

Bu barədə Day.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə edilib, yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz çərçivəsində əlaqəliliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb, regionda sülhün, sabitliyin və davamlı inkişafın təşviqi istiqamətində birgə səylərin vacibliyi qeyd edilib.

İkitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqliyik bir daha təsdiqlənin.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости