https://news.day.az/azerinews/1826817.html Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi elektron qaydada həyata keçiriləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Azərbaycanca, 9 апреля 2026 12:35 (UTC +04:00) 326
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi elektron qaydada həyata keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı il oktyabrın 10-dək Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyası təmin edilməlidir.

 

İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xidmətin mövcüd iş axınını 2026-cı ilin oktyabrın 18-dək təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026-cı ilin noyabrın 6-dək xidmətin təkmilləşdirmələri nəzərə alınmaqla yeni iş axınını təqdim etməli və razılaşdırmalıdır.

Xidmət 2026-cı il dekabrın 30-dək mygov platformasında istifadəyə verilməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости