https://news.day.az/azerinews/1827405.html Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb

Azərbaycanca, 12 апреля 2026 12:28 (UTC +04:00) 315
Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb

Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Day.Az-а bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости