https://news.day.az/azerinews/1827463.html
Tramp Çinə xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı xəbərdarlıq səsləndirib. Day.Az xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərə açıqlama verən Donald Tramp qeyd edib ki, əgər Pekin İrana silah göndərərsə, Çin ciddi çətinliklərlə qarşılaşa bilər. "Əgər belə addım atılarsa, Çin üçün böyük problemlər yarana bilər", - deyə ABŞ Prezidenti bildirib.
Tramp Çinə xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı xəbərdarlıq səsləndirib.
Day.Az xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərə açıqlama verən Donald Tramp qeyd edib ki, əgər Pekin İrana silah göndərərsə, Çin ciddi çətinliklərlə qarşılaşa bilər.
"Əgər belə addım atılarsa, Çin üçün böyük problemlər yarana bilər", - deyə ABŞ Prezidenti bildirib.
Bundan əvvəl CNN telekanalı kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, Çin üçüncü ölkələr vasitəsilə daşınacaq zenit-raket kompleksləri partiyasını göndərməyə hazırlaşır.
Çinin ABŞ-dakı səfirliyi isə bu məlumatı təkzib edərək bildirib ki, Pekin münaqişənin heç bir tərəfini silahla təmin etmir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре