Gənə sancması yeniyetmələri

Rusiyada gənə sancmaları ilə bağlı iki ağır hadisə qeydə alınıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sibirdə baş verib.

İki yeniyetmə ciddi beyin infeksiyaları səbəbindən xəstəxanaya yerləşdirilib və uzunmüddətli müalicə alıblar.

Birinci hadisə Tomskda yaşayan 16 yaşlı yeniyetmə ilə bağlıdır. Ona əvvəlcə Laym xəstəliyi diaqnozu qoyulub, lakin sonradan vəziyyəti pisləşərək meningoensefalit inkişaf edib. Yeniyetmə komaya düşüb və süni nəfəs aparatına qoşulub.

İkinci hadisə Omskda baş verib. 17 yaşlı gənc eyni anda iki gənə tərəfindən sancıldıqdan sonra kəskin ensefalit diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Hər iki halda uzunmüddətli müalicə və reabilitasiya tələb olunub.