https://news.day.az/azerinews/1828496.html Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir - Hikmət Hacıyev Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir - Hikmət Hacıyev

Azərbaycanca, 17 апреля 2026 14:18 (UTC +04:00) 232
Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan "regional məsuliyyət" konsepsiyasını dəstəkləyir və hesab edir ki, regional problemlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

"Regional məsuliyyət regiona mənsubluq və regional problemlərin tərəfdaşlarla birlikdə, xaricdən həlləri gözləmədən və ya onların tətbiqinə yol vermədən müstəqil şəkildə həll edilməsini bildirir", - deyə Prezidentin köməkçisi qeyd edib.

H. Hacıyev vurğulayıb ki, bu yanaşma regional əməkdaşlıq, inteqrasiya və birgə liderliyi əhatə edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости