https://news.day.az/azerinews/1828510.html Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər - FOTO Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər - FOTO

Azərbaycanca, 17 апреля 2026 14:48 (UTC +04:00) 462
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər

Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
  • Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости