Evdə gizli “xəzinə”: Turşu suyunun sağlamlığa faydaları

Turşu xiyarın duzlu suyu sadəcə yan məhsul deyil, orqanizm üçün faydalı maddələrlə zəngin təbii içkidir.

Day.Az xəbər verir ki, fermentasiya prosesi zamanı yaranan faydalı bakteriyalar bağırsaq mikroflorasını dəstəkləyir və həzmi yaxşılaşdırır.

Bu probiotik təsir immun sisteminə də müsbət təsir göstərir.

Duzlu suyun tərkibində B və C vitaminləri ilə yanaşı kalium, maqnezium və kalsium kimi minerallar da olur. Bu maddələr xüsusilə yeməkdən sonra yaranan ağırlıq hissini azaltmağa, ürəkbulanmanı yüngülləşdirməyə və bədəndə elektrolit balansını bərpa etməyə kömək edir. Az miqdarda qəbul belə orqanizm üçün kifayət edir.

Bununla belə, turşu suyu ölçülü şəkildə içilməlidir - gündə təxminən 50-150 ml kifayətdir. Yüksək duz tərkibinə görə hipertoniya və böyrək problemi olan şəxslər ehtiyatlı olmalıdır.

Mütəxəssislər bunu əsas qida deyil, sadəcə gündəlik rasiona faydalı əlavə kimi qiymətləndirirlər.