https://news.day.az/azerinews/1828810.html Antalyada Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı müzakirə edilib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini, Tərəfdaşlıqlar üzrə Baş köməkçisi və Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb. Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Antalyada Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı müzakirə edilib

Azərbaycanca, 18 апреля 2026 14:19 (UTC +04:00) 329
Antalyada Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini, Tərəfdaşlıqlar üzrə Baş köməkçisi və Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb.

Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan-NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıblar.

Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri nəzərdən də keçirilib.

Nazir həmkarını regional inkişaflar, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə nail olunması istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.

Həmçinin qlobal təhlükəsizlik çağırışları, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa hörmət və mülki əhalinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости