https://news.day.az/azerinews/1833821.html Qubanın bəzi kəndlərinin adı dəyişdirilir Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qubanın bəzi kəndlərinin adı dəyişdirilir

Azərbaycanca, 12 мая 2026 13:34 (UTC +04:00) 275
Qubanın bəzi kəndlərinin adı dəyişdirilir

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости