Yatmazdan əvvəl bitki çayı içmək qan şəkərinə NECƏ TƏSİR EDİR?
Alimlər bildirirlər ki, bəzi bitki çayları qan şəkərinin səviyyəsinə müsbət təsir göstərə bilər.
Day.Az xəbər verir ki, xüsusilə çobanyastığı çayının şəkər səviyyəsini və insulin müqavimətini azaltmağa kömək etdiyi qeyd olunur.
Araşdırmalara görə, bu çay tip 2 diabeti olan insanlarda qan şəkərinə nəzarəti yaxşılaşdıra bilər.
Mütəxəssislər həmçinin hibiskus, limon melissası, darçın, zəncəfil və zerdeçal tərkibli çayların da faydalı ola biləcəyini bildirirlər. Lakin onların təsiri ilə bağlı daha geniş araşdırmalara ehtiyac olduğu vurğulanır. Ən vacib məqam isə çayın özündən çox ona əlavə edilən şəkər, bal və ya siroplardır. Bu əlavələr qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Həkimlər diabet xəstələrinə yeni bitki çaylarını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Çünki bəzi bitki tərkibləri şəkərsalıcı dərmanların təsirini gücləndirərək qan şəkərinin həddindən artıq düşməsinə yol aça bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре