https://news.day.az/azerinews/1838007.html Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 29 мая 2026 12:38 (UTC +04:00) 487
Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Maldiv Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkələrimizin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan davamlı ikitərəfli əlaqələrinin inkişafını minnətdarlıqla qeyd edirəm. Əminəm ki, Maldiv Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости