https://news.day.az/azerinews/1838667.html
18 aptekdə nöqsan AŞKARLANDI
2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb. Bu barədə Day.Az-a AEM-dən məlumat verilib. Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
18 aptekdə nöqsan AŞKARLANDI
2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb.
Bu barədə Day.Az-a AEM-dən məlumat verilib.
Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.
Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре