https://news.day.az/azerinews/1838777.html Gürcüstan Ermənistanın BTQ-yə qoşulmasını istisna etmir - Kobaxidze Gürcüstan Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulmasını istisna etmir və tranzit sahəsində Yerevanla əməkdaşlığı dərinləşdirməyə hazırdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ-nin yeni dəmir yolu xəttinin açılış mərasimindən sonra bildirib.

Gürcüstan Ermənistanın BTQ-yə qoşulmasını istisna etmir - Kobaxidze

Azərbaycanca, 2 июня 2026 16:54 (UTC +04:00) 303
Gürcüstan Ermənistanın BTQ-yə qoşulmasını istisna etmir

Gürcüstan Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulmasını istisna etmir və tranzit sahəsində Yerevanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ-nin yeni dəmir yolu xəttinin açılış mərasimindən sonra bildirib.

Onun sözlərinə görə, Tbilisi regionun nəqliyyat və tranzit funksiyasının inkişafı çərçivəsində Ermənistanla əməkdaşlığa böyük önəm verir.

"Gürcüstanın əlaqələndirici funksiyasının inkişafından danışarkən, Ermənistana xüsusi önəm verilir. Biz erməni dostlarımızla əməkdaşlıq və tərəfdaşlığı, o cümlədən tranzit funksiyasının inkişafı istiqamətində mümkün qədər dərinləşdirməyə hazırıq", - deyə Kobaxidze qeyd edib.

Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə mümkün qoşulması ilə bağlı sualı cavablandıran Gürcüstan hökumətinin başçısı bildirib ki, belə bir variant mümkündür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости