https://news.day.az/azerinews/1839382.html
Göyçayda əməliyyat - Həbs edilənlər var
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре