Qabiliyyət imtahanlarının qrafiki AÇIQLANDI
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.
Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, https://shorturl.at/vYyKp linkinə daxil olub qrafiklə tanış olmaq mümkündür. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.
İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat - 6117, karate - 6111, boks - 6107, sambo - 6112, taekvondo - 6118, həndbol - 6114, futbol - 6108, cüdo - 6110, stolüstü tennis - 6116, voleybol - 6119, sərbəst güləş - 6113, yunan-roma güləşi - 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53 -cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) https://eservices.dim.gov.az/qabiliyyet linkindən "Qabiliyyət imtahanına buraxılış vərəqəsi " çap edə bilərlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре