https://news.day.az/azerinews/1841351.html Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanca, 14 июня 2026 12:52 (UTC +04:00) 300
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. T. Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости