https://news.day.az/azerinews/1849073.html
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
Lənkəran rayonu ərazisində yerləşən evlərdən oğurluqlar edilib. Naməlum şəxs 4 fərdi yaşayış evi və 1 şadlıq sarayından ümumi dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyaları və məişət avadanlıqlarını talayıb.

Day.Az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Çingiz İbrahimov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ç.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре