https://news.day.az/azerinews/1875778.html Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumlarını sıfırlayıb. Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan verəcək.

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Azərbaycanca, 20 ноября 2026 12:36 (UTC +04:00) 122
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumlarını sıfırlayıb.

Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan verəcək.

Day.Az xəbər verir ki, bu barədə "Asia-Plus" məlumat yayıb.

Müvafiq 744 nömrəli qərar noyabrın 10-da qəbul edilib və noyabrın 13-də "Cümhuriyyət" rəsmi qəzetində dərc olunub.

Sıfır gömrük rüsumu dekabrın 31-dək qüvvədə olacaq və mayeləşdirilmiş qaz da daxil olmaqla neft məhsulları və neft qazlarına şamil ediləcək. Bununla yanaşı, xam neft bu qərarın təsiri altına düşmür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости