Qadın cüdoçularımız komanda yarışında ikinci oldu - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
----------
16:29
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdoçuları komanda yarışmasının finalında tatami üzərinə çıxıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, birincilik uğrunda mübarizədə komandamızın rəqibi Türkiyə təmsilçiləri olub. Azərbaycan komandası görüşü 5:0 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
---------
11:31
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışlarına qoşulub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.
Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре