Tovuz sakinini ilan sancıb

Day.Az представляет новость на азербайджанском языке

Tovuz sakinini ilan sancıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlu kənd sakini, 2000-ci il təvəllüdlü Cəfərov Arzuman Fərman oğlu həyətdə iş görərkən ilan onun sol baldır nahiyəsindən  sancıb.
 
17 yaşlı oğlan dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.