"Real"dan 120 milyonluq transfer
Day.Az представляет новость на азербайджанском языке
Cari mövsümdə uğursuz çıxış edən "Real" transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Məhəmməd Salah üçün danışıqları gizli şəkildə aparır.
"Liverpul" əvvəlcə bu futbolçunun satışından imtina etsə də, "Real" israrı davam etdirib. İddialara görə, "Kral Klubu" ingilislərə təklif etdiyi məbləği 100 milyon avrodan 120 milyon avroya qaldırıb. "Liverpul"un bu məbləğlə razılaşacağı deyilir.
Qeyd edək ki, Məhəməd Salahı "Barselona" da istəyirdi. Lakin Kriştiano Ronaldonun fanatı olan misirli onunla bir komandada oynamaq istəyir və buna görə kataloniyalıların təklifindən imtina edib.
Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan 42 milyon avroya alıb. 25 yaşlı futbolçu cari mövsümdə 30 rəsmi oyuna çıxaraq 24 qol vurub və 9 məhsuldar ötürmə edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре